"Neftçi" Misir, Qazaxıstan və Çin komandaları ilə yoxlama oyunları keçirəcək

"Neftçi" Misir, Qazaxıstan və Çin komandaları ilə yoxlama oyunları keçirəcək

"Neftçi" futbol komandası Misir, Qazaxıstan və Çin təmsilçiləri ilə yoxlama oyunları keçirəcək.

Apasport.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Bakı klubu yanvarın 4-dən 17-dək Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olacaq.

Ayın 5-də ilk məşqə çıxacaq komanda 3 yoxlama oyunu keçirməyi planlaşdırır.

"Neftçi" yanvarın 9-da "Kayrat" (Qazaxıstan), 13-də "Piramids" (Misir), 16-da isə "Çenqdu Ronqçenq" (Çin) kollektivi ilə üz-üzə gələcək.