"Turan Tovuz" futbolçusu ilə yolları ayırıb
"Turan Tovuz" futbolçusu Veysəl Rzayevlə yolları ayırıb.
Apasport.az xəbər verir ki, tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
2022/2023 mövsümündən "Turan Tovuz"un şərəfini qoruyan yarımmüdafiəçi bu müddət ərzində Premyer Liqada 79 oyunda meydana çıxıb və 2 qolla yadda qalıb.

https://qelebe.az//uploads/photo/quotturan-tovuzquot-futbolchusu-ile-yollari-ayirib.webp