Afrika Millətlər Liqası: Mozambik Qabonu, Sudan Ekvatorial Qvineyanı məğlub edib
Afrika Millətlər Kubokunda II turun oyunları davam edir.
QELEBE.AZ xəbər verir ki, F qrupunda Mozambik və Qabon milli komandaları üz-üzə gəlib.
Gərgin keçən qarşılaşmada 5 qol vurulub. Oyun Mozambik yığmasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Digər görüşdə Ekvatorial Qvineya yığması ilə qarşılaşan Sudan minimal hesablı qələbə qazanıb – 1:0.
Əlcəzair milli komandası isə Riyad Mahrezin vurduğu qolla Burkina Fasonu 1:0 hesabı ilə məğlub edib.

https://qelebe.az//uploads/photo/afrika-milletler-liqasi-mozambik-qabonu-sudan-ekvatorial-qvineyani-meglub-edib.webp