“Milan” kapitanı ilə bağlı qərarını verib

“Milan” kapitanı ilə bağlı qərarını verib

“Milan” qapıçısı Mik Menyanla bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, bu barədə “Football Italia” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, A Seriyası təmsilçisi fransalı qolkiperə yeni və uzunmüddətli müqavilə təklif edib.

Klub rəhbərliyi əsas oyunçusunu komandada saxlamaq üçün bonuslar istisna olmaqla, illik təxminən 7 milyon avro məvacib ödəməyi planlaşdırır.

Qeyd edək ki, Mik Menyan cari mövsümdə “Milan”ın heyətində 18 rəsmi oyunda meydana çıxıb və bu qarşılaşmaların 8-də qapısını toxunulmaz saxlayıb.