Entoni Musaba "Fənərbaxça"da

Entoni Musaba "Fənərbaxça"da

“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi "Samsunspor"un futbolçusu Entoni Musaba ilə anlaşıb. Bu barədə jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb.

"Sarı-lacivərdlilər" futbolçu ilə 4,5 illik müqavilə imzalayıb. 

Gənc hücumçu karyerasını bundan sonra “sarı-lacivərdlilər”in heyətində davam etdirəcək. Transferin maliyyə detalları hələlik açıqlanmayıb.