Ronaldonun komandasına transfer qadağası
FIFA “Əl Nəsr” klubuna transfer qadağası qoyub.
QELEBE.AZ xəbər verir ki, buna səbəb Səudiyyə Ərəbistanı təmsilçisinin sabiq futbolçusu Emerik Laporteya (red-indi “Atletik”də oynayır) bəzi ödənişləri ödəməməsidir.
“Əl Nəsr” 9 milyon avro borcunu ödədikdən sonra yeni oyunçular transfer edə bilər.
Səudiyyə Ərəbistanı klubunda portuqaliyalı hücumçu Kriştiano Ronaldo çıxış edir.

https://qelebe.az//uploads/photo/ronaldonun-komandasina-transfer-qadagasi.webp