“Neftçi” “Karvan-Yevlax”la matçın hazırlıqlarını başa vurub

“Neftçi” “Karvan-Yevlax”la matçın hazırlıqlarını başa vurub

"Neftçi" Misli Premyer Liqasının XVI turunda qarşılaşacağı “Karvan-Yevlax”la matçın hazırlığını yekunlaşdırıb.

QELEBE.AZ xəbər verir ki, komandanın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

“Ağ-qaralar” hazırlıq prosesindən sonra Yevlaxa yola düşüb.

Qeyd edək ki, dekabrın 20-də Yevlax şəhər stadionunda keçiriləcək “Karvan-Yevlax” – “Neftçi” oyunu saat 14:00-da başlanacaq.