Yüksək Liqa: “Gəncə”dən qələbə
Bu gün qadın voleybolçuların Yüksək Liqasında VII turun oyunu keçirilib.
QELEBE.AZ xəbər verir ki, UNEC öz meydanında “Gəncə” ilə üz-üzə gəlib.
Görüşdə qonaq komanda “Gəncə” 3:2 hesabı ilə UNEC üzərində qələbə qazanıb.
Qeyd edək ki, turun növbəti oyunu sabah saat 15:00-da AVF-nin idman zalında “Abşeron” və “Turan” komandaları arasında keçiriləcək.

https://qelebe.az//uploads/photo/yuksek-liqa-genceden-qelebe.webp