Yüksək Liqanın oyunu yarıda dayandırılıb

Yüksək Liqanın oyunu yarıda dayandırılıb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII turun oyunu yarıda dayandırılıb.

QELEBE.AZ xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilən "Xilasedici" – "Ordu" matçı supervayzerin qərarı ilə yarıda saxlanılıb.

Qarşılaşma ilə bağlı Azərbaycan Voleybol Federasiyası tərəfindən müvafiq qərar qəbul ediləcək və açıqlanacaq.

Günün ilk görüşündə isə "Neftçi" "Murov Az Terminal"a 3:2 hesabı ilə qalib gəlib.