Stolüstü tennisçilərimiz Birləşmiş Ərəb Əmirliklərinə yollanıblar
Stolüstü tennisçilər növbəti təlim-məşq toplanışına qatılacaqlar.
Apasport.az xəbər verir ki, seçmə komandamızın üzvləri – Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova və Nigar Mahmudova bu məqsədlə Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.
İdmançılarımız baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında dekabrın 15-dən etibarən yerli komanda ilə birgə hazırlıq keçəcəklər.
BƏƏ Stolüstü Tennis Federasiyasının təşəbbüsü ilə Şarja şəhərində təşkil olunacaq təlim-məşq toplanışına dekabrın 24-də yekun vurulacaq.

https://qelebe.az//uploads/photo/stolustu-tennischilerimiz-birleshmish-ereb-emirliklerine-yollaniblar.webp