ABL: “Ordu” və NTD-dən qələbə
Azərbaycan Basketbol Liqasında IX turun oyunları davam edir.
QELEBE.AZ xəbər verir ki, günün ilk matçında B qrupunda yer alan “Ordu” “Sumqayıt”ı məğlub edib – 106:86.
A qrupunda isə NTD “Şəki” ilə üz-üzə gəlib.
Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib – 93:79.
Qeyd edək ki, tura dekabrın 14-də yekun vurulacaq.

https://qelebe.az//uploads/photo/abl-ordu-ve-ntd-den-qelebe.webp