"Qalatasaray" "Mançester Yunayted"in futbolçusunu transfer etmək istəyir
"Mançester Yunayted"in yarımmüdafiəçisi Manuel Uqarte qış transfer pəncərəsində komandanı tərk etmək niyyətindədir.
QELEBE.AZ xarici KİV-ə istinadla xəbər verir ki, “Qalatasaray” Uqartenin çıxışlarını diqqətlə izləyir.
Türkiyə klubu yarımmüdafiəçini transfer etməyə hazırdır.
Onun "Mançester Yunayted"lə müqaviləsi 2029-cu ilin iyununda başa çatacaq.
"Transfermarkt" onun dəyərini 35 milyon avro olaraq qiymətləndirir.

https://qelebe.az//uploads/photo/quotqalatasarayquot-quotmanchester-yunaytedquotin-futbolchusunu-transfer-etmek-isteyir.webp