“Əl İttihad” Benzema ilə bağlı qərar verib

“Əl İttihad” Benzema ilə bağlı qərar verib

Fransalı hücumçu Kərim Benzema yayda “Əl İttihad”dan ayrılacaq.

Apasport.az xəbər verir ki, bu barədə “Foot Mercato” nəşri məlumat yayıb.

Klub rəhbərliyi 2026-cı ilin yayına qədər müqaviləsi olan 37 yaşlı futbolçu ilə yola davam etməmək qərarı alıb.

Benzema 2023-cü ildən “Əl İttihad”da çıxış edir. O, bu mövsüm 12 oyunda 11 qol vurub.