“Xilasedici" Belçika təmsilçisinə məğlub olub - FOTO
Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası Çelenc Kubokunun 1/16 final mərhələsində ilk oyununa çıxıb.
QELEBE.AZ xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin idman zalında Belçika təmsilçisi "Lindemans"ı qəbul edən Azərbaycan klubu 0:3 (17:25, 22:25, 23:25) hesabı ilə uduzub.
Tərəflər arasında cavab oyunu 2026-cı il yanvarın 7-də Belçikada baş tutacaq.
Qeyd edək ki, yarışa 1/32 final mərhələsindən başlayan "Xilasedici" bu raundda Rumıniyanın "Steaua" klubuna qalib gələrək 1/16 finala yüksəlib.

https://qelebe.az//uploads/photo/xilasediciquot-belchika-temsilchisine-meglub-olub-foto.webp