Cüdo üzrə Azərbaycan çempionatı başlayır

Cüdo üzrə Azərbaycan çempionatı başlayır

Bu gün cüdo üzrə Azərbaycan çempionatı start götürəcək.

Apasport.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutacaq yarışın ilk günündə qadınlar və kişilər arasında 7 çəki dərəcəsində 107 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Qadınlar arasında -63 kq, -70 kq, -78 kq, +78 kq; kişilərdə isə -60 kq, -66 kq və -73 kq çəki dərəcələrində mükafatçılar müəyyənləşəcək.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir. 

Təsnifat görüşləri saat 10:00-da, final bloku isə 17:00-da başlayacaq.

Qeyd edək ki, ölkə çempionatı “CBC Sport” telekanalında və Azərbaycan Cüdo Federasiyasının rəsmi “YouTube” kanalında canlı yayımlanacaq.