UEFA Avropa Çempionatı Türkiyədə baş tutacaq
UEFA İcraiyyə Şurası İsveçrənin Nyon şəhərində keçirilən son iclasında 2027–2029-cu illər üzrə müxtəlif yaş qruplarının Avropa çempionatlarına ev sahibliyi edəcək ölkələri müəyyənləşdirib.
Apasport.az xəbər verir ki, 2029-cu il U-17 qızlar arasında UEFA Avropa Çempionatı Türkiyədə baş tutacaq. Yarışın bütün qarşılaşmaları Trabzon şəhərində keçiriləcək.
UEFA-nın qiymətləndirmə prosesi çərçivəsində həm təşkilati imkanlar, həm də infrastruktur baxımından Türkiyənin təqdim etdiyi şərtlər müsbət dəyərləndirilib və nəticədə ev sahibliyi hüququ Trabzona verilib.

https://qelebe.az//uploads/photo/uefa-avropa-chempionati-turkiyede-bash-tutacaq.webp