Alperen Şengün NBA tarixinə düşüb
ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) “Hyuston Rokets”in formasını geyinən türkiyəli basketbolçu Alperen Şengün çempionatın tarixinə düşüb.
QELEBE.AZ xəbər verir ki, o, NBA-da ən gənc oyunçular arasında 5000+ xal, 2500+ ribaund və 1000+ məhsuldar ötürməyə çatan üçüncü basketbolçu olub.
23 yaşlı oyunçu bunu “Sakramento Kinqs”ə (121:95) qalib gəldikləri oyunda bacarıb. Türkiyə millisinin üzvü həmin qarşılaşmada 28 xal, 10 ribaund və 3 assistlə yadda qalıb.
Bu uğura daha əvvəl Lebron Ceyms və Yannis Adetokunbo imza atıb.

https://qelebe.az//uploads/photo/alperen-shengun-nba-tarixine-dushub.webp