Yüksək Liqanın V turunun oyunları eyni gündə baş tutub
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutan matçda "Neftçi" "Azərreyl"ə 3:1 hesabı ilə qalib gəlib.
"Abşeron" Olimpiya İdman Kompleksində isə "Ordu" "Gənclər" kollektivini həmin hesabla üstələyib.
"Xilasedici" - "Murov Az Terminal" matçı da eyni hesabla birincilərin xeyrinə başa çatıb.
Sonuncu qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında reallaşıb.

https://qelebe.az//uploads/photo/yuksek-liqanin-v-turunun-oyunlari-eyni-gunde-bash-tutub.webp