"Lex"in baş məşqçisi: "Qarabağ"la Bakıdakı oyunun nəticəsi fəlakət idi"

"Lex"in baş məşqçisi: "Qarabağ"la Bakıdakı oyunun nəticəsi fəlakət idi"

"Qarabağ"la cavab oyununun nəticəsi fəlakət idi. Həmin matçda komandam dağıldı, kompakt oynaya bilmədik".

"Report"un məlumatına görə, bunu Polşanın "Lex" klubunun baş məşqçisi Con van den Brom Bakıda "Qarabağ"a 1:5 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu barədə yerli mətbuata açıqlamasında deyib.

Ötən ilin iyulunda baş tutmuş matçları xatırlayan niderlandlı mütəxəssis bildirib ki, Poznandakı qələbədən (1:0) sonra səfərdə böyük hesabla uduzmaq məyusedici olub: "Bu görüşdən çox şey öyrəndik. Bunu özüm haqqında da deyə bilərəm. Çətin oyun alınmışdı. Müdafiənin mərkəzində problemlərimiz var idi. Çoxlu səhv etdik. Rəqib bunlardan istifadə edirsə, məğlubiyyət qaçılmazdır".

O, Azərbaycan təmsilçisinin son illər daim avrokubokların qrup mərhələlərində çıxış etdiyini vurğulayıb: "Onların kim olduğunu, heyətində kimlərin oynadığını xatırlamaq lazımdır. "Qarabağ" böyük avrokubok təcrübəsi və çoxlu sayda keyfiyyətli oyunçusu olan komandadır".

Qeyd edək ki, "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika "Gent"i ilə qarşılaşacaq.

Futbol
"Real Madrid"in futbolçusu karyerasını başa vura bilər

"Real Madrid"in futbolçusu karyerasını başa vura bilər

Futbol
Elmar Baxşıyev: "Qarabağ"ın gücü hamıya bəllidir"

Elmar Baxşıyev: "Qarabağ"ın gücü hamıya bəllidir"

Futbol
“Qəbələ”nin hücumçusu: “Mən meydana girəndə uşaqlar ürəklənirlər ki, bir qolumuz var”

“Qəbələ”nin hücumçusu: “Mən meydana girəndə uşaqlar ürəklənirlər ki, bir qolumuz var”

Futbol
DÇ-2022: Braziliya uduzsa da, İsveçrə ilə birlikdə qrupdan çıxıb

DÇ-2022: Braziliya uduzsa da, İsveçrə ilə birlikdə qrupdan çıxıb

Futbol
Millətlər Liqasının final turnirinin yeri dəqiqləşib

Millətlər Liqasının final turnirinin yeri dəqiqləşib

Futbol
Pelenin indiyədək qırılmayan 10 rekordu açıqlanıb

Pelenin indiyədək qırılmayan 10 rekordu açıqlanıb

Futbol
"Nant"ın futbolçusu: "Qarabağ"a qarşı daha aqressiv oynamalı idik"

"Nant"ın futbolçusu: "Qarabağ"a qarşı daha aqressiv oynamalı idik"

Futbol
Fransalı hücumçu "Barselona"nın tarixinə düşüb

Fransalı hücumçu "Barselona"nın tarixinə düşüb

Futbol
Emin Mahmudov ilk het-trikinə və rekorda imza atıb

Emin Mahmudov ilk het-trikinə və rekorda imza atıb

Futbol
"Nant" "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

"Nant" "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

Futbol
Azərbaycan milli komandasının yoldaşlıq oyunları üçün heyəti açıqlanıb

Azərbaycan milli komandasının yoldaşlıq oyunları üçün heyəti açıqlanıb

Futbol
Hamidu Keyta: “Didye Droqbanın oyununu sevirdim”

Hamidu Keyta: “Didye Droqbanın oyununu sevirdim”