Murad Musayev: "Cəsur, aqressiv oyun sərgilədik"

Murad Musayev: "Cəsur, aqressiv oyun sərgilədik"

“Qələbəyə görə şadıq. İntizamlı oyun oldu. Matçın məzmununa görə də sevinirik. 90 dəqiqə ərzində cəsur, aqressiv oyun sərgilədik”.

“QELEBE.AZ”un məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev evdə “Neftçi”yə 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XIX tur oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis çempionluq mübarizəsinə bu cür münasibət bildirib: "Bugünkü kimi oynasaq, bütün rəqibləri məğlub edə bilərik".

Baş məşqçi “Neftçi” ilə matçın ikinci hissəsində bir neçə qol şanslarını qaçırdıqlarını vurğulayıb: “Bu, psixologiyadan asılıdır. İkinci hissədə rəqibin cəmi bir, bizim isə daha çox şansımız oldu. Üçüncü qolu da vura bilərdik”.

40 yaşlı baş məşqçi bir oyunçu transfer etmək istədiklərini etiraf edib: "Amma o, komandadakı oyunçulardan yaxşı, eyni zamanda, gələcəyə hesablanmış transfer olmalıdır. Oyunçular bir-birlərini çox yaxşı başa düşürlər. Buna görə də qış fasiləsində transfer düşünmürük”.

Musayev Antalya toplanışından razı qaldığını sözlərinə əlavə edib: “Kifayət qədər vaxtımız olmasa da, yaxşı iş alındı. Əsas cavabları yaya yaxın alacağıq. Çünki hələ yeni ilin ilk oyunudur. Həmişə maksimum nəticə qazanmaq istəmişik. Məni daha çox keyfiyyət narahat edirdi. Pressinq, sürət üzərində işləyərək, daha keyfiyyətli oynamaq mümkündür”.

O, komandada icarə əsasında çıxış edən Aleksey Kaşukun gələcək taleyinin maliyyə ilə bağlı olacağını deyib: “Burada onun üçün hər şey yaxşıdır, karyerasının ən yaxşı dönəmlərini keçirir. Üslubumuz da ona uyğundur. Rəhbərlik bu istiqamətdə çalışır, lakin hələlik heç nə yoxdur. Mən Kaşukun qalmasını istəyirəm”.

Futbol
"Mançester Yunayted" Kriştianu Ronaldu ilə müqaviləni pozub

"Mançester Yunayted" Kriştianu Ronaldu ilə müqaviləni pozub

Futbol
İngiltərəli futbolçu yeni dünya rekordu müəyyənləşdirib

İngiltərəli futbolçu yeni dünya rekordu müəyyənləşdirib

Futbol
Polşalı məşqçi: “Neftçi”ni səhvlərə məcbur etdik”

Polşalı məşqçi: “Neftçi”ni səhvlərə məcbur etdik”

Futbol
“Səbail”in oyununu idarə edən hakim rəqibdən üzr istəyib

“Səbail”in oyununu idarə edən hakim rəqibdən üzr istəyib

Futbol
“Qarabağ”ın ev oyunlarını keçirəcəyi stadion dəyişib

“Qarabağ”ın ev oyunlarını keçirəcəyi stadion dəyişib

Futbol
Minifutbol üzrə Azərbaycan millisi 2023-cü ilin noyabrında mundiala qatılacaq

Minifutbol üzrə Azərbaycan millisi 2023-cü ilin noyabrında mundiala qatılacaq

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

Futbol
"Frayburq" "Qarabağ"la oyundan əvvəl futbolçusunu icarəyə verib

"Frayburq" "Qarabağ"la oyundan əvvəl futbolçusunu icarəyə verib

Futbol
"Barselona"nın futbolçusu evində döyülərək qarət olunub

"Barselona"nın futbolçusu evində döyülərək qarət olunub

Futbol
"Çelsi"nin sabiq futbolçusu karyerasını bitirib

"Çelsi"nin sabiq futbolçusu karyerasını bitirib

Futbol
Azərbaycan millisinin rəqibində qeyri-müəyyənlik hökm sürür

Azərbaycan millisinin rəqibində qeyri-müəyyənlik hökm sürür

Futbol
Azərbaycan millisi Avropa çempionatında Niderlanda rəqib olub

Azərbaycan millisi Avropa çempionatında Niderlanda rəqib olub