Millimiz Avropa çempionatının seçmə mərhələsində sonuncu matçına çıxacaq
Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu matçına çıxacaq.
Apasport.az xəbər verir ki, B Liqasının V qrupunda yer alan komanda Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.
Oyun Şimali Makedoniyanın Strumitsa şəhərindəki "Kukus" stadionunda, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Qarşılaşmanı maltalı referi Yoanna Vassallo idarə edəcək.
Qeyd edək ki, U-19 daha əvvəl qrupda keçirdiyi görüşlərdə Sloveniya 0:2, Şimali Makedoniyaya isə 1:3 hesabı ilə uduzub.

https://qelebe.az//uploads/photo/millimiz-avropa-chempionatinin-sechme-merhelesinde-sonuncu-matchina-chixacaq.webp