Millimiz Lüksemburqa məğlub olub
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxıb.
QELEBE.AZ xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Lüksemburq yığması ilə üz-üzə gəlib.
Bakı İdman Sarayındakı qarşılaşma saat 18:00-da start götürüb.
Oyun rəqibin 95:90 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə səfərdə Şimali Makedoniyaya uduzub - 49:87.

https://qelebe.az//uploads/photo/millimiz-luksemburqa-meglub-olub.webp