İngiltərə Premyer Liqası: “Nyukasl” “Everton”u darmadağın edib
İngiltərə Premyer Liqasında bu gün keçirilən qarşılaşmalar maraqlı nəticələrlə başa çatıb.
Apasport.az xəbər verir ki, “Brentford” öz meydanında “Bernli”ni 3:1 hesabı ilə məğlub edib.
“Mançester Siti” – “Lids” duelində isə hesab 3:2 olub. Siti hücumda daha təsirli çıxış edərək çətin də olsa üç xalı hesabına yazdırıb.
“Sanderlend” evdə “Bornmut”u 3:2 hesabı ilə üstələyib.
Günün son oyununda “Nyukasl” səfərdə “Everton”u 4:1 hesabıyla məğlub edərək böyükhesablı qələbəyə imza atıb.

https://qelebe.az//uploads/photo/ingiltere-premyer-liqasi-nyukasl-evertonu-darmadagin-edib.webp