”Roma”dan Ferqyuson qərarı
“Roma” “Brayton”dan icarəyə götürdüyü Evan Ferqyusonla bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, klub irlandiyalı hücumçunu vaxtından əvvəl göndərəcək.
Ferqyuson A Seriyası təmsilçisində ümidləri doğrultmayıb. 21 yaşlı forvard yanvar ayında müqavilə ilə məxsus olduğu “Brayton”a qayıdacaq.
Qeyd edək ki, “Roma” Evan Ferqyusonu bu ilin iyul ayında icarəyə götürüb.

https://qelebe.az//uploads/photo/romadan-ferqyuson-qerari.webp