Denzel Dumfrisin "Liverpul" derbisindən əvvəl geri dönəcəyi gözlənilir

Denzel Dumfrisin "Liverpul" derbisindən əvvəl geri dönəcəyi gözlənilir

"İnter"in sağ cinah müdafiəçisi Denzel Dumfrisin gələn ayın əvvəlində zədəsini sağaltması gözlənilir.

Apasport.az xəbər verir ki, niderlandlı futbolçu dekabrın 9-da "Liverpul"a qarşı Çempionlar Liqasının növbəti matçından əvvəl meydana qayıdacaq. 

29 yaşlı futbolçu "neradzurrilər"in 0:1 və 1:2 hesabı ilə uduzduğu "Milan" və "Atletiko Madrid"lə son iki matçı buraxıb.

Qeyd edək ki, "İnter" - "Liverpul" qarşılaşması dekabrın 10-u Bakı vaxtilə saat 00:00-da baş tutacaq.