Premyer Liqa: "Şamaxı" "Səbail"i məğlub edib

Premyer Liqa: "Şamaxı" "Səbail"i məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ilk matçında "Şamaxı" "Səbail"i qəbul edib.

Şamaxı şəhər stadionundakı qarşılaşma bölgə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. 33-cü dəqiqədə Qoba Zakpa "dənizçilər"i hesabda önə keçirib. 57-ci dəqiqədə Emil Qasımov bərabərlik qoluna imza atıb. 90-cı dəqiqədə Amil Yunanov penaltidən fərqlənməklə "Şamaxı"nın qələbə qoluna imza atıb.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran meydan sahibləri 7-ci pilləyə yüksəlib. Qonaqlar 10 xalla sonuncu - 10-cu sırada qalıb.

Qeyd edək ki, günün və turun sonuncu görüşündə "Sabah" "Neftçi" ilə üz-üzə gələcək. Turun əvvəlki oyunlarında "Kəpəz" evdə "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edib, "Qarabağ" səfərdə "Turan Tovuz"a 3:2, "Zirə" isə evdə "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəlib.

12:53

Azərbaycan Premyer Liqasının XIX turunda qarşılaşacaq “Şamaxı” və “Səbail” komandaları heyətlərini açıqlayıblar.

“Report” xəbər verir ki, görüş Şamaxı şəhər stadionunda baş tutacaq.

“Şamaxı”: 1. Rəşad Əzizli (k), 90. Əli Səmədov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 4. Arsen Ağcabəyov, 83. Nihat Quliyev, 18. Cəlal Hüseynov, 79. Emil Qasımov

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Sahib Həsənov, 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 15. Emin Zamanov, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov, 80. Zahid Mərdanov

Baş məşqçi: Vüqar Əsgərli

“Səbail”: 1. Emil Balayev (k), 2. Adil Nağıyev, 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 27. Emil Martinov, 99. David Qomis

Baş məşqçi: Şahin Diniyev

Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, İslam Məmmədov

VAR hakimləri: Vüqar Həsənli, Vüsal Məmmədov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elman Musayev

Şamaxı şəhər stadionu

Futbol
Ötən ilin ən yaxşı və ən məhsuldar qapıçıları açıqlanıb

Ötən ilin ən yaxşı və ən məhsuldar qapıçıları açıqlanıb

Futbol
İnfantino yenidən FİFA prezidenti seçiləcək

İnfantino yenidən FİFA prezidenti seçiləcək

Futbol
Azərbaycan millisinin İsveçlə səfər oyununun yeri müəyyənləşib

Azərbaycan millisinin İsveçlə səfər oyununun yeri müəyyənləşib

Futbol
Pele ilə vida mərasiminə qatılmayan futbolçular tənqidlərə məruz qalıblar

Pele ilə vida mərasiminə qatılmayan futbolçular tənqidlərə məruz qalıblar

Futbol
İki futbolçu Azərbaycan Premyer Liqasında 100-cü matçını keçirib

İki futbolçu Azərbaycan Premyer Liqasında 100-cü matçını keçirib

Futbol
İspaniyada futbol çempionatı oktyabrın sonunda dayandırıla bilər

İspaniyada futbol çempionatı oktyabrın sonunda dayandırıla bilər

Futbol
Premyer Liqa: "Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək

Premyer Liqa: "Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək

Futbol
Azərbaycan Premyer Liqası: "Zirə" "Səbail"ə qalib gələrək 4-cü pilləyə yüksəlib

Azərbaycan Premyer Liqası: "Zirə" "Səbail"ə qalib gələrək 4-cü pilləyə yüksəlib

Futbol
Messi PSJ-nin 3 oyununu buraxacaq

Messi PSJ-nin 3 oyununu buraxacaq

Futbol
"Qarabağ"ın futbolçusu Vadjinin komandadan ayrılmasına münasibət bildirib

"Qarabağ"ın futbolçusu Vadjinin komandadan ayrılmasına münasibət bildirib

Futbol
"İnter"in qapıçısı Kamerun millisindəki karyerasını başa vurub

"İnter"in qapıçısı Kamerun millisindəki karyerasını başa vurub

Futbol
Azərbaycan millisinin Avropa çempionluğundan bəhs edən film geniş auditoriyaya təqdim olunub

Azərbaycan millisinin Avropa çempionluğundan bəhs edən film geniş auditoriyaya təqdim olunub