“Fənər” İtaliya klubunu məğlub edib

“Fənər” İtaliya klubunu məğlub edib

“Fənərbaxça Beko” Avroliqada növbəti matçına çıxıb.

QELEBE.AZ xəbər verir ki, İstanbul təmsilçisi öz meydanında İtaliya klubu “Virtus Bolonya”nı qəbul edib.

Gərgin keçən qarşılaşma “sarı-lacivərdlilər”in 66:64 hesablı qələbəsi ilə başa çatıb. Komandanın lideri Veyd Boldvin 18 xalla oyunun ən yaxşı basketbolçusu olub.

Qeyd edək ki, “Fənərbaxça Beko” Avroliqanın növbəti turunda səfərdə “Olimpiakos”la qarşılaşacaq.