Azərbaycan-Gürcüstan birgə şirkəti Tbilisidə yeni stadionun inşası üzrə tenderdən kənarlaşdırılıb

Azərbaycan-Gürcüstan birgə şirkəti Tbilisidə yeni stadionun inşası üzrə tenderdən kənarlaşdırılıb

Tbilisidə yeni stadionun inşası ilə bağlı elan edilmiş 876 milyon lari (325 mln. ABŞ dolları) dəyərində tenderə xitam verilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə qərarı Gürcüstanın Bələdiyyə İnkişafı Fondunun Tender Komissiyası qəbul edib.

Komissiya tenderə təqdim olunan təklifləri nəzərdən keçirib. İki iştirakçı - Azərbaycan-Gürcüstan birgə “Makro - İnşaatçı” və Türkiyənin YDA İNŞAAT şirkəti müraciətləri natamam olduğu üçün tenderdən kənarlaşdırılıb. Nəticədə tenderin yeganə iştirakçısı Gürcüstanın “Anagi” şirkəti qalıb. Şirkətin təklifi digər iki iştirakçının təklifinin dəyərini xeyli üstələyib. Bələdiyyə İnkişafı Fondu hazırkı mərhələdə qalib şirkəti müəyyən edə bilməyib.

Komissiya sifarişçinin tələblərinin və tender sənədlərinin yenidən nəzərdən keçirilməsini zəruri hesab edib və tender prosedurunun ləğvi barədə qərar verib.

Qeyd edək ki, yeni stadion futbol və reqbi matçlarının keçirilməsi üçün UEFA-nın IV kateqoriyasının tələblərinə uyğun olacaq. Gürcüstanın ən böyük stadionunun Tbilisi beynəlxalq hava limanı yaxınlığındakı 270 min kvadrat metr ərazidə inşası planlaşdırılır. Azarkeş tutumu 70 min nəfər təşkil edəcək. Tenderdə qalib gələcək şirkətə çoxfunksiyalı idman arenasının tikintisi üçün 4 il 3 ay müddət veriləcək. Qalibin bu il elan ediləcəyi halda inşaat işləri 2029-2030-cu illərdə başa çatdırılacaq.

Hazırda Gürcüstanın ən böyük stadionu təxminən 55 min tamaşaçı tutumuna malik Tbilisidəki Boris Payçadze adına “Dinamo Arena”dır.

Digər növlər
Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib

Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib

Digər növlər
AMADA “Zəfərin övladları” adlı tədbir keçirib - FOTOLENT

AMADA “Zəfərin övladları” adlı tədbir keçirib - FOTOLENT

Digər növlər
Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO

Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO

Digər növlər
Taekvondoçularımızdan uğurlu start - 1 qızıl və 1 gümüş medal

Taekvondoçularımızdan uğurlu start - 1 qızıl və 1 gümüş medal

Digər növlər
Azərbaycan idmançılarının 2022-ci ildə qazandığı medalların sayı açıqlanıb

Azərbaycan idmançılarının 2022-ci ildə qazandığı medalların sayı açıqlanıb

Digər növlər
AMADA il ərzində 1456 test götürüb

AMADA il ərzində 1456 test götürüb

Digər növlər
Nazir: Gələn il Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Nazir: Gələn il Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Digər növlər
Fərid Qayıbov: Nazirlik bütün federasiyalarda legionerlərin sayının azalmasına çalışır

Fərid Qayıbov: Nazirlik bütün federasiyalarda legionerlərin sayının azalmasına çalışır

Digər növlər
Atıcılıq üzrə Federasiya Kuboku başa çatıb

Atıcılıq üzrə Federasiya Kuboku başa çatıb

Digər növlər
Atıcımız Ruslan Lunyov Avropa çempionu olub

Atıcımız Ruslan Lunyov Avropa çempionu olub

Digər növlər
Hyundai Accent: Texniki Xüsusiyyətlər və Ehtiyat Hissələri

Hyundai Accent: Texniki Xüsusiyyətlər və Ehtiyat Hissələri

Digər növlər
Qlobal idman reytinqində Azərbaycanın yeri açıqlanıb

Qlobal idman reytinqində Azərbaycanın yeri açıqlanıb