“Əl-Nəsr”dən darmadağın: Ronaldo akrobatik qolla səhnədə - VİDEO

“Əl-Nəsr”dən darmadağın: Ronaldo akrobatik qolla səhnədə - VİDEO

Səudiyyə Ərəbistanı çempionatında IX tura yekun vurulub.

QELEBE.AZ xəbər verir ki, “Əl-Nəsr” öz meydanında “Əl-Xalec”lə qarşılaşıb.

Beş qolun vurulduğu görüşdə ev sahibləri rəqibini 4:1 hesabı ilə darmadağın ediblər.

“Əl-Nəsr”in son qolunu portuqaliyalı superulduz Kriştiano Ronaldo vurub. 40 yaşlı hücumçu 90+6-cı dəqiqədə akrobatik zərbə ilə komandasının dördüncü qoluna imza atıb.

Qeyd edək ki, “Əl-Nəsr” hazırda 27 xalla turnir cədvəlinin lideridir.