Rəşad Sadıqov: "Ancelkoviç gedişinin səbəbini özü yaxşı bilir"

Rəşad Sadıqov: "Ancelkoviç gedişinin səbəbini özü yaxşı bilir"

"Ancelkoviç gedişinin səbəbini özü yaxşı bilir".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIX tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, serbiyalı müdafiəçinin ölkəsindəki problemlər ailəsinə, valideynlərinə mənfi təsir edirdi: "Psixoloji cəhətdən əziyyət çəkirdi. Oturub danışdıq və yollarımızı ayırdıq".

Ukraynanın "Dinamo" (Kiyev) klubundan Vladislav Kulaçın transferinə də toxunan Sadıqov onu "Qarabağ"ın heyətində "Vorskla"ya qarşı keçirdiyi matçlardan yaxşı tanıdığını söyləyib: "Kulaçla meydanda qarşılaşmışam. Belə futbolçuları analiz etmək daha asan olur. "Vorskla"dan mənə tanış idi. Sonra Kiyev "Dinamo"suna keçdi. Bizə təklif olundu, dərhal qəbul etdim. Sabah daha bir transferimizi açıqlayacağıq. Əlavə 2-3 oyunçu ilə də danışıqlar gedir".

"Sumqayıt"la oyunu da dəyərləndirən mütəxəssis matçın "Zirə" üçün çətin başladığını vurğulayıb: "İlk dəqiqələrdə qapımızda qol gördük. Buna baxmayaraq, futbolçular nizam-intizamını pozmadılar. İlk yarıda oyunumuzda dəqiqlik çatmasa da, ikinci yarıda istədiklərimizi edib vacib 3 xal qazandıq. Bütün futbolçular meydanda özlərini yaxşı tərəfdən göstərdilər".

Futbol
Azərbaycan millisinin futbolçusu baş məşqçisiz qalıb

Azərbaycan millisinin futbolçusu baş məşqçisiz qalıb

Futbol
Qvardiola “Mançester Siti” ilə müqaviləsini yeniləyib

Qvardiola “Mançester Siti” ilə müqaviləsini yeniləyib

Futbol
"Qarabağ" və "Neftçi"nin start heyətləri bəlli olub

"Qarabağ" və "Neftçi"nin start heyətləri bəlli olub

Futbol
Messi dünya çempionatındakı qələbəsini doğma şəhərinin gecə klubunda qeyd edib

Messi dünya çempionatındakı qələbəsini doğma şəhərinin gecə klubunda qeyd edib

Futbol
"Neftçi" təlim-məşq toplanışına itkilərlə başlayıb

"Neftçi" təlim-məşq toplanışına itkilərlə başlayıb

Futbol
"Sabah" klubu bu mövsüm ilk dəfə xal itirib

"Sabah" klubu bu mövsüm ilk dəfə xal itirib

Futbol
Braziliyalı hücumçu Azərbaycan klubundan təklif alıb

Braziliyalı hücumçu Azərbaycan klubundan təklif alıb

Futbol
Fransa Birinci Liqası: PSJ “Trua” üzərində qələbə qazanıb

Fransa Birinci Liqası: PSJ “Trua” üzərində qələbə qazanıb

Futbol
Messi PSJ komandasının düşərgəsinə qayıdıb

Messi PSJ komandasının düşərgəsinə qayıdıb

Futbol
“Neftçi” 17 ilin rekordunu təkrarlayıb

“Neftçi” 17 ilin rekordunu təkrarlayıb

Futbol
"Sabah" komandası tarixinin ən böyük hesablı qələbəsini qazanıb

"Sabah" komandası tarixinin ən böyük hesablı qələbəsini qazanıb

Futbol
"Çelsi" Fransa millisinin yarımmüdafiəçisi ilə anlaşıb

"Çelsi" Fransa millisinin yarımmüdafiəçisi ilə anlaşıb