Keyn bu göstəriciyə görə Peleni geridə qoyub
İngiltərə millisi DÇ-2026-nın seçmə mərhələsində Albaniyanı məğlub edib – 2:0.
QELEBE.AZ xəbər verir ki, komandanın qollarını Harri Keyn vurub.
32 yaşlı hücumçu bununla da yığmadakı qollarının sayını 78-ə çatdırıb. O, dünyada millidə ən çox qol vuranların siyahısında 12-cidir.
77 qolu olan mərhum futbolçu Peleni qabaqlayan Keyn iranlı Hüseyn Said ilə 12-ci sıraya şərikdir.
Milli formada ən çox qol vuran isə Kriştiano Ronaldodur. O, Portuqaliya yığmasıyla 143 qola imza atıb.

https://qelebe.az//uploads/photo/keyn-bu-gostericiye-gore-peleni-geride-qoyub.webp