Millimiz Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirəcək
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci matçını keçirəcək.
Apasport.az xəbər verir ki, 13-cü qrupda yer alan komanda Şimali İrlandiya ilə qarşılaşacaq.
Görüş Maltanın Ta Qali şəhərindəki "Sentenari" stadionunda, Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Oyunu qazaxıstanlı referi Sayat Karabayev idarə edəcək.
Qeyd edək ki, Elxan Abdullayevin baş məşqçisi olduğu kollektiv seçmə mərhələdə keçirdiyi ilk matçda Çexiya yığmasına böyük hesabla məğlub olmuşdu - 1:6.

https://qelebe.az//uploads/photo/millimiz-avropa-chempionatinin-sechme-merhelesinde-novbeti-matchini-kechirecek.webp