ABL: "Lənkəran" "Sərhədçi"ni qəbul edəcək
Azərbaycan Basketbol Liqasında VII tura bu gün start veriləcək.
QELEBE.AZ xəbər verir ki, günün yeganə oyununda "Lənkəran" "Sərhədçi"ni qəbul edəcək.
Qarşılaşma Lənkəran Olimpiya İdman Kompleksində, saat 15:00-da start götürəcək.
Meydan sahibləri B qrupunda 8 xalla üçüncü pillədə qərarlaşıb. Eyni xala malik olan qonaqlar beşincidir.
Qeyd edək ki, tura noyabrın 16-da yekun vurulacaq.

https://qelebe.az//uploads/photo/abl-quotlenkeranquot-quotserhedchiquotni-qebul-edecek.webp