“Kəpəz”in legioneri əməliyyat olunub

“Kəpəz”in legioneri əməliyyat olunub

“Sabah”la oyunda zədələnən "Kəpəz"in legioneri Mahamadu Ba çiynindən əməliyyat keçirib.

QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müayinələr nəticəsində 26 yaşlı yarımmüdafiəçinin çiynində iki bağın qırıldığı müəyyən edilib. Əməliyyat uğurla başa çatıb,

Banın 2-3 həftə ərzində məşqlərə başlaması gözlənilir.

Qeyd edək ki, "Kəpəz" - "Sabah" matçı qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.