İslamiada: Millimiz yarımfinalda
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları davam edir.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşının verdiyi məlumata görə, cüdo yığmamız 1/4 finalda qarışıq komanda yarışında Səudiyyə Ərəbistanla üz-üzə gəlib.
Yığma komandamız ev sahiblərini 4:0 məğlub edərək yarımfinala yüksəlib.
Millimiz növbəti raundda Qazaxıstanla qarşılaşacaq.
Qeyd edək ki, komandada ölkəmizi Fidan Əlizadə, Ruslan Paşayev, Aytac Qardaşxanlı, Elcan Hacıyev, Günel Həsənli və Uşanqi Kokauri təmsil edib.

https://qelebe.az//uploads/photo/islamiada-millimiz-yarimfinalda.webp