Cüdo üzrə millimiz İslam Oyunlarında daha bir medal qazanıb
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları davam edir.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşının verdiyi məlumata görə, +100 kq çəki dərəcəsində həmyerlimiz Uşanqi Kakauri bürünc medal uğrunda döşək üzərinə çıxıb.
Təmsilçimiz həlledici görüşdə misirli rəqibi Mohamed Masoud Aborakianı məğlub edərək daha bir bürünc medalı aktivimizə yazdırıb.

https://qelebe.az//uploads/photo/cudo-uzre-millimiz-islam-oyunlarinda-daha-bir-medal-qazanib.webp