Elmar Baxşıyev: "Futbolçularımızın çoxuna yaxşı təkliflər var"

Elmar Baxşıyev: "Futbolçularımızın çoxuna yaxşı təkliflər var"

“Futbolçularımızın çoxuna yaxşı təkliflər var. Ancaq kim hansı təklifi edir-etsin, hazırkı oyunçular heç yerə getməyəcək, bizimlə davam edəcəklər”.

“Report”un məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev səfərdə “Kəpəz"lə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIX tur oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis ikinci hissədə komandasının xarakter nümayiş etdirdiyini bildirib: “Bir aylıq fasilədən sonra ilk rəsmi oyunumuzun ağır olacağını bilirdik. “Kəpəz” də yaxşı təşkilatlanmış, heyətində maraqlı futbolçuları olan komandadır. Birinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Qapımıza təyin olunan ilk penaltidən sonra matçın ritmini itirdik. Amma xarakter nümayiş etdirdik və ikinci hissədə istədiyim “Qəbələ”ni meydanda görə bildim. İnamlı mübarizəyə görə, hər iki komandaya alqış düşür”.

Baxşıyev oyunöncəsi məşq zamanı iki futbolçularının zədələndiyini söyləyib: “Rafael Utziq komanda ilə Antalyada hazırlıq keçməmişdi. Amma burada boş dayanmamışdı, fərdi məşqlər edirdi. Düşünmürəm ki, əvəzetmələr oyunun ritmini dəyişdi. Sadəcə, futbolçular düzgün reaksiya verərək, ikinci hissədə daha aqressiv oynadılar. Bizim komandada ehtiyat oyunçu yoxdur, hamı eynidir. Kimin üzərinə nə düşürsə, artığını etməyə çalışır. Birinci hissədə ağır görünməyimizin səbəbi kimi meydançanın durumunu göstərə bilərəm. Kənardan yaxşı görünsə də, çox ağırdır. Hətta məşqdə iki nəfəri – Asif Məmmədov və Andrey Strijakı itirdik. Adi epizodda zədələndilər”.

Gəncəni futbol şəhəri adlandıran məşqçi oradakı şəraitin o qədər də yüksək olmadığını vurğulayıb: “Gəncədə futbol fərqlidir, azarkeşlər bu idman növünü yaxşı anlayırlar. Gəncə futbol şəhəridir. Ancaq şərait baxımından düzələsi hələ çox şey var”.

O, qapılarına təyin edilən birinci penalti epizodunda hakimin yanlış qərar verdiyini düşünür: “Hakimlik üzərində çox dayanmaq istəmirik. Amma birinci epizodda məncə, penalti yox idi. Çünki bilərəkdən zərbə vurulmamışdı. Futbolçumuz top uğrunda mübarizə zamanı əlini açmalı oldu. Ürfan Abbasovun səmimiyyətinə inanıram. Onun bilərəkdən etmədiyinə əminəm”.

Elmar Baxşıyev əlavə edib ki, hədəfləri bu mövsüm də avrokuboklara vəsiqə qazanmaqdır: “Ötən mövsüm də heç kim “Qəbələ”ni iddialı saymırdı. Ancaq futbolçularım öz iddialarından sona kimi əl çəkmədilər. Həmişə avrokuboklar zonasına düşməyə çalışacağıq. Hər iki cəbhədə mübarizə aparacağıq. Çempionatdan əlimizi üzüb sırf kuboka hazırlaşmaq firimiz yoxdur. Komandanı qarşıdakı matça hazırlaşdırırıq”.

Baş məşqçi transfer çalışmalarını davam etdirsələr də, bu yöndə hələ heç bir yeniliyin olmadığını deyib. O, “Kəpəz”lə görüşdə zədələnən braziliyalı hücumçu Ramon Maçadonun durumunun isə hazırda qeyri-müəyyən olduğunu bildirib: “Durumunu hələ dəqiq bilmirik. Amma müəyyən dərəcədə dartılma var. Maçado özü də bunu hiss elədiyini dedi”.

Futbol
UEFA "Qarabağ"la bağlı paylaşım edib

UEFA "Qarabağ"la bağlı paylaşım edib

Futbol
"Real Madrid" Xorvatiya millisinin müdafiəçisini transfer etmək istəyir

"Real Madrid" Xorvatiya millisinin müdafiəçisini transfer etmək istəyir

Futbol
XXI əsrdə üçüncü onilliyin bombardirləri açıqlanıb

XXI əsrdə üçüncü onilliyin bombardirləri açıqlanıb

Futbol
Laurentsiu Regekampf: “Azarkeşlər qarşısında çox utanıram”  ​​​​​​​

Laurentsiu Regekampf: “Azarkeşlər qarşısında çox utanıram” ​​​​​​​

Futbol
Tərlan Əhmədov: "Mənim sehirli çubuğum yoxdur"

Tərlan Əhmədov: "Mənim sehirli çubuğum yoxdur"

Futbol
“Nant” - “Qarabağ” oyununun hakimləri açıqlanıb

“Nant” - “Qarabağ” oyununun hakimləri açıqlanıb

Futbol
"Qarabağ"ın rəqibi isveçrəli yarımmüdafiəçini heyətinə qatıb

"Qarabağ"ın rəqibi isveçrəli yarımmüdafiəçini heyətinə qatıb

Futbol
AFFA-nın yubileyinə həsr edilmiş yoldaşlıq oyunu keçiriləcək

AFFA-nın yubileyinə həsr edilmiş yoldaşlıq oyunu keçiriləcək

Futbol
Regekampfla maraqlanan Rumıniya klubu digər yerli mütəxəssisə tapşırılır

Regekampfla maraqlanan Rumıniya klubu digər yerli mütəxəssisə tapşırılır

Futbol
DÇ-2022-də ən çox futbolçu ilə təmsil olunan klublar bəlli olub

DÇ-2022-də ən çox futbolçu ilə təmsil olunan klublar bəlli olub

Futbol
Millətlər Liqası: Niderland Belçikanı, Danimarka Fransanı qəbul edəcək

Millətlər Liqası: Niderland Belçikanı, Danimarka Fransanı qəbul edəcək

Futbol
Ukraynalı futbolçu müharibəyə görə karyerasını dondurub

Ukraynalı futbolçu müharibəyə görə karyerasını dondurub