VI İslam Həmrəyliyi Oyunlarında 15 yaşlı ağırlıqqaldıranımız 3 bürünc medal qazanıb
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində ağırlıqqaldırma yarışları davam edir.
QELEBE.AZ saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, birdən qaldırma hərəkətində 65 kq nəticə göstərərək üçüncü yeri tutan Nuray Əbilova daha iki bürünc medal qazanıb.
15 yaşlı idmançımız təkanla qaldırma hərəkətində 79 kq nəticə göstərib. Beləliklə, ümumilikdə 144 kq çəkini başı üzərinə qaldıran Nuray Əbilova yarışı 3 bürünc medalla başa vurub.

https://qelebe.az//uploads/photo/vi-islam-hemreyliyi-oyunlarinda-15-yashli-agirliqqaldiranimiz-3-burunc-medal-qazanib.webp
