İslam Oyunları: Voleybolçularımız Tacikistanı darmadağın edib - FOTO
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün ikinci oyununu keçirib.
QELEBE.AZ xəbər verir ki, qızlarımızın rəqibi Tacikistan yığma komandası olub.
Oyun millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandamız növbəti oyununu noyabrın 9-da Türkiyə yığmasına qarşı keçirəcək.
VI İslam Həmrəyliyi Oyunları
6 noyabr
Azərbaycan - Tacikistan 3:0 (25:5, 25:11, 25:9)

https://qelebe.az//uploads/photo/islam-oyunlari-voleybolchularimiz-tacikistani-darmadagin-edib-foto.webp