Qadın voleybolçuların Avropa çempionatının yarış cədvəli bəlli olub

Qadın voleybolçuların Avropa çempionatının yarış cədvəli bəlli olub

Gələn il keçiriləcək Avropa çempionatında Azərbaycan millisinin  oyunlarının təqvimi müəyyənləşib.

QELEBE.AZ xəbər verir ki, ölkəmizin ev sahibliyi edəcəyi C qrupunda yer alan komandamızın rəqibləri Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları olacaq.

Millimiznilk oyununu Portuqaliya kollektivinə qarşı keçirəcək.

Qeyd edək ki, Avropa çempionatı 2026-cı ildə 
Azərbaycan (Bakı), Türkiyə (İstanbul), Çexiya (Brno) və İsveçin (Qöteborq) ev sahibliyi ilə avqustun 21-dən sentyabrın 6-dək keçiriləcək. Bakıdakı qarşılaşmalar 21–28 avqust 2026-cı il tarixlərində Milli Gimnastika Arenasında baş tutacaq.

AVRO-2026-nın C qrupunun oyunlarının təqvimi:

21 avqust
19:00 Azərbaycan – Portuqaliya

22 avqust
15:30 Belçika – İspaniya
18:30 Rumıniya – Niderland

23 avqust
15:30 Portuqaliya – Belçika
18:30 İspaniya – Azərbaycan

24 avqust
15:30 Niderland – Portuqaliya
18:30 Azərbaycan – Rumıniya

25 avqust
15:30 Rumıniya – Belçika
18:30 Niderland – İspaniya

26 avqust
15:30 İspaniya – Portuqaliya
18:30 Belçika – Azərbaycan

27 avqust
15:30 Niderland – Belçika
18:30 Portuqaliya – Rumıniya

28 avqust
15:30 İspaniya – Rumıniya
18:30 Azərbaycan – Niderland