Millimizin üzvü oynamadı, komandası heç-heçə etdi
Albaniyada futbol üzrə ölkə çempionatının 10-cu turu keçirilir.
QELEBE.AZ xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” doğma meydanda lider "Vllaznia" ilə qarşılaşıb.
Matç 2:2 hesabı ilə yekunlaşıb. Zamiq bu matçda meydana daxil ola bilməyib.
Qeyd edək ki, “Eqnatiya” 19 xalla 3-cü pillədə qərarlaşıb.

https://qelebe.az//uploads/photo/millimizin-uzvu-oynamadi-komandasi-hech-heche-etdi.webp