“Arsenal”ın 15 yaşlı futbolçusu ÇL-nin tarixinə düşüb
“Arsenal”ın vingeri Maks Douman Çempionlar Liqasının tarixində ən gənc futbolçu olub.
QELEBE.AZ xəbər verir ki, ingiltərəli oyunçu turnirin qrup mərhələsinin IV turunda “Slaviya”ya qarşı oyunda meydana çıxıb.
O, 15 yaş 308 günlük olarkən 72-ci dəqiqədə Leandro Trossardı əvəzləyib.
Douman bu göstərici ilə Yusufa Mukokonu geridə qoyub. Alman futbolçu Çempionlar Liqasında 16 yaş 18 günlük olarkən debüt etmişdi.
Qeyd edək ki, “Barselona”nın futbolçusu Lamin Yamal isə bu turnirdə ilk oyununa 16 yaş 68 günlük olarkən çıxmışdı.

https://qelebe.az//uploads/photo/arsenalin-15-yashli-futbolchusu-chl-nin-tarixine-dushub.webp