Kamerunlu futbolçu “Yunayted”in radarında
“Brayton”un yarımmüdafiəçisi Karlos Baleba Premyer Liqada klubunu dəyişə bilər.
QELEBE.AZ xarici KİV-ə istinadən xəbər verir ki, kamerunlu futbolçu ilə “Mançester Yunayted” yaxından maraqlanır.
Tərəflər hazırda oyunçunun 2026-cı ildə baş tuta biləcək mümkün transferi ilə bağlı danışıqlar aparır.
“Qırmızı şeytanlar” 21 yaşlı yarımmüdafiəçi üçün 90 milyon funt sterlinq ödəməyə hazırdır.
Qeyd edək ki, Balebanın “Brayton”la müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

https://qelebe.az//uploads/photo/kamerunlu-futbolchu-yunaytedin-radarinda.webp