“Qarabağ”la oyunöncəsi “Çelsi”də CİDDİ İTKİ
"Çelsi" UEFA Çempionlar Liqası Liqa mərhələsinin IV turu çərçivəsiində Bakıda "Qarabağ"ın qonağı olacaq.
QELEBE.AZ xəbər verir ki, "zadəganlar" oyuna ciddi itki ilə çıxacaq.
Pedro Neto Bakıdakı matçda komandasına kömək edə bilməyəcək.
Bu barədə komandanın baş məşqçisi Entso Mareska məlumat verib.
Portuqaliyalı vinger Premyer Liqanın X turunda "Tottenhem"lə səfər matçında (1:0) zədələnib.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" qarşılaşması sabah saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

https://qelebe.az//uploads/photo/qarabagla-oyunoncesi-chelside-ciddi-itki.webp