FIFA “Sabah”ın sabiq futbolçusunun cəzasını qüvvədə saxlayıb
FIFA-nın Apellyasiya Komitəsi Malayziya millisinin 7 futbolçusuna qarşı sanksiyaları qüvvədə saxlayıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
FIFA daha əvvəl yığmanın 7 futbolçusunu 12 aylıq diskvalifikasiya etmişdi. Buna səbəb onların sənədləri saxtalaşdırması idi. Futbolçular arasında vaxtilə “Sabah”da oynamış Con İrasabal da var.
Oyunçular diskvalifikasiya ilə yanaşı, 2100 avro məbləğində cərimələnib.
İrasabal 2022-2025-ci illərdə “Sabah”da çıxış edib. O, bu yay Malayziyanın “Johor” klubuna keçib.

https://qelebe.az//uploads/photo/fifa-sabahin-sabiq-futbolchusunun-cezasini-quvvede-saxlayib.webp