Millimiz Türkiyə klubu ilə üz-üzə gələcək

Millimiz Türkiyə klubu ilə üz-üzə gələcək

Qadın basketbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin “Nesine Aydın Spor” klubu ilə yoldaşlıq oyunu keçirəcək.

QELEBE.AZ xəbər verir ki, qarşılaşma noyabrın 9-da baş tutacaq.

Bakı İdman Sarayında keçiriləcək oyun saat 12:00-da start götürəcək.

Bu görüş Azərbaycan yığmasının AVRO-2027-nin seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır.