AFFA “İmişli”nin şikayətini təmin etməyib
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “İmişli” klubunun şikayətini təmin etməyib.
QELEBE.AZ xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Misli Premyer Liqasının IV turunda keçirilmiş “İmişli” – “Sumqayıt” oyununda “İmişli” klubuna qarşı çıxarılan qərar qüvvədə saxlanılıb.
Qərara əsasən, qarşılaşmanın 67-ci dəqiqəsində komandanın heyətində adı oyun protokolunda qeyd olunmayan İbrahim Əliyevin meydana daxil olması səbəbindən “İmişli” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib və klub 5000 manat məbləğində cərimələnib.

https://qelebe.az//uploads/photo/affa-imishlinin-shikayetini-temin-etmeyib.webp