Millimiz Uels seçməsinə böyük hesabla məğlub olub

Millimiz Uels seçməsinə böyük hesabla məğlub olub

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

QELEBE.AZ xəbər verir ki, B Liqasının I qrupunda yer alan millimiz Uelsin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Kişineu şəhərində yerləşən “Zimbru 2” stadionunda keçirilən görüş Uels seçməsinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 millimiz qrupda ikinci görüşünü oktyabrın 27-də Kosovo yığmasına qarşı keçirəcək.