Okan Buruk: "Sinqonun sağalması üçün ən azı iki həftə lazımdır"
"Qalatasaray"ın futbolçusu Vilfred Sinqo daha 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Apasport.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Okan Buruk Çempionlar Liqasında "Bodo-Qlimt"lə oyundan öncə keçirilən mətbuat konfransında məlumat verib:
"Sinqonun ən azı iki həftəsi daha var. Biz onu çox erkən oynadaraq risk etmək istəmirik. Görünür, onun sağalması üçün ən azı iki həftə lazımdır".
Qeyd edək ki, Sinqo Super Liqanın 8-ci həftəsində keçirilən "Beşiktaş" derbisində sol bud nahiyəsindən zədə almışdı.

https://qelebe.az//uploads/photo/okan-buruk-quotsinqonun-sagalmasi-uchun-en-azi-iki-hefte-lazimdirquot.webp