“Murov Az Terminal”dan əzmkar qələbə
Bu gün kişi voleybolçular arasında Yüksək Liqanın 2025–2026-cı illər mövsümünə start verilib.
QELEBE.AZ xəbər verir ki, günün ikinci qarşılaşmasında “Murov Az Terminal” və “Azerreyl” komandaları üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən oyunda “Murov Az Terminal” rəqibini 3:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, I turun “Gənclər” – “Xilasedici” görüşü Azərbaycan Voleybol Federasiyasına ünvanlanmış müvafiq müraciətə əsasən təxirə salınıb.
Yüksək Liqa
I tur
“Murov Az Terminal” - “Azerreyl” 3:2 (25:22, 40:42, 19:25, 25:20, 15:10)

https://qelebe.az//uploads/photo/murov-az-terminaldan-ezmkar-qelebe.webp